Əsas Səhifə > Hadisə > Ağdamda yol çəkən texnika minaya düşdü
Ağdamda yol çəkən texnika minaya düşdü18-04-2022, 00:04 |
Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb. Hadisə Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib. Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb. Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb. APA Geri qayıt |