Əsas Səhifə > Hadisə > COVID-19-un yeni dalğası başlayıb
COVID-19-un yeni dalğası başlayıb8-07-2022, 17:35 |
Avropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğası müşahidə olunur.
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) tərəfindən məlumat yayılıb. Bildirilib ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər. Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində "Omicron" ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib. Geri qayıt |