Əsas Səhifə > Hadisə > Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən

Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən


11-10-2022, 14:50

Bir müddət əvvəl müəllim kollektivi tərəfindən etirazla qarşılanan Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.
Bu barədə Yeniavaz.com-un sorğusuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən cavab verilib.
"Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb, müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. 
Təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbin direktoru işləmiş Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib", - Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir.


Geri qayıt