Əsas Səhifə > Hadisə > Azərbaycanda vəzifəli şəxs qəzada öldü

Azərbaycanda vəzifəli şəxs qəzada öldü


22-10-2022, 13:31

Azərbaycanda vəzifəli şəxs qəzada öldü

Hacıqabulda baş verən qəzada sürücü ölüb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

Əmiraslanov Elşən Qəmbər oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin eksperti vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır. /APA


Geri qayıt