Əsas Səhifə > Hadisə > Şuşaya güclü qar yağıb

Şuşaya güclü qar yağıb


24-02-2023, 09:52

Şuşaya qar yağıb, yollar buz bağlayıb - FOTO

Şuşaya güclü qar yağıb.

AZƏRTAC-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 6-7 santimetrə çatıb.

Hazırda da yağan qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür. Havanın temperaturu -5 dərəcədir.

Şuşaya qar yağır - VİDEO


Geri qayıt