Əsas Səhifə > Hadisə > Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb


3-03-2023, 14:52

Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb - FOTO/VİDEO

Sumqayıt şəhəri, Corat qəsəbəsində və Yevlax şəhəri, Vidadi küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

 


Geri qayıt