Əsas Səhifə > Hadisə > ERMƏNİLƏR YENİ SƏNGƏRLƏR QAZIR... - Paşinyan da müharibədən

ERMƏNİLƏR YENİ SƏNGƏRLƏR QAZIR... - Paşinyan da müharibədən


15-03-2023, 00:59

Ermənistanın ikinci və üçüncü müdafiə xəttlərini gücləndirmək üçün yeni səngərlər qazdığı məlum olub.

"AzPolitika.info" xəbər verir ki, səngərin qazılması ilə bağlı görüntülər Ermənistanın VOMA terror təşkilatının Teleqram kanalında yayımlanıb.

Paylaşımda qeyd edilir ki, müxtəlif istiqamətlərdə 25 atəş nöqtəsi inşa olunub. Daha 25-nin  tikintisi isə davam etdirilir.

Qeyd edək  ki, Ermənistanın marionetka Baş naziri Nikol Paşinyan da bu gün mətbuat konfransında Azərbaycanla yeni müharibə ehtimalının yüksək olduğunu bəyan edib. 

Düzdür, Paşinyanı həm Ermənistan sərhədi boyunca, həm də Qarabağda eskalasiyanın mümkünlüyünü Azərbaycanla bağlamağa cəhd edib. 

"Bunu Bakının getdikcə artan aqressiv ritorikası sübut edir və bəzi başqa məlumatlar da var" - deyə,  Paşinyan bildirib. 

Ancaq bu "demolkat" sadə bir suala cavab vermir: Ermənistan müharibə istəmirsə, niyə müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçır?

 

 

 


Geri qayıt