Əsas Səhifə > Hadisə > Azərbaycan Ordusunun hərbçisi minaya düşərək həlak oldu
Azərbaycan Ordusunun hərbçisi minaya düşərək həlak oldu2-04-2023, 20:06 |
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. "AzerTaym.az" bildirir ki, bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. Faktla bağlı araşdırma aparılır. *** Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb. “Report”un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Geri qayıt |