
Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ döyüşçüsü Namiq Babayev bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
Bu barədə Bakupost.az -a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildiriblər.
Hazırda onun vəziyyəti orta qiymətləndirilir.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib. R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Geri qayıt
|