Əsas Səhifə > Hadisə > İmamoğlunun seçki qutusundan ƏRDOĞAN
İmamoğlunun seçki qutusundan ƏRDOĞAN14-05-2023, 23:16 |
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu seçki qutusundan Rəcəb Tayyib Ərdoğan lider çıxıb. Bu barədə Türkiyə mətbuatı yazıb. İmamoğlu Bəylikdüzüdəki Emin Yükseloğlu Qız Anadolu İmamhatip Liseyində prezident və 28-ci dövr millət vəkili ümumi seçkiləri üçün səs verib. Onun da olduğu 2224 saylı seçki qutusuna 316 seçici səs verib.
Türkiyə vaxtı ilə saat 17:00-dan etibarən səsvermə prosesi bitdikdən sonra açılan qutuda 2 səs etibarsız sayılıb, Xalq İttifaqının namizədi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 163, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu 138, Ata ittifaqının namizədi Sinan Oğan 12, Məmləkət partiyasının lideri Məhərrəm İncə 1 səs toplayıb./Sfera.az
Geri qayıt |