Əsas Səhifə > Hadisə > “Orbita” MTK qovmaq istədiyi sakinləri bezdirmək üçün qeyri-insani

“Orbita” MTK qovmaq istədiyi sakinləri bezdirmək üçün qeyri-insani


24-05-2023, 19:49

Maraqları “Orbita” MTK şirkətinin maraqları ilə üst-üstə düşən Yaşıllaşdırma təsərrüfatının işçiləri paytaxtın Nizami rayonunun Ordubadi küçəsi – 1 və qonşu ünvanlardakı üç və beşmərtəbəli binaların arasındakı həyətin tam ortasında çoxillik əvvəlcə ağacları hasara alıb, sonra da çıxarırlar.

Aşkar görünür ki, tikinti şirkətinin işə cəlb elədiyi qülləli kranı həyətdən təcrid edən həmin müvəqqəti hasarın ətrafındakı ağacları da budayıblar. Binalarda yaşayan sakinlər bildirirlər ki, bu ağaclar bizim övladlarımız kimi idi. Orbita şirkətinin yarıtmaz fəaliyyətindən narazılıq edən vətəndaşlar deyirlər ki, budanan ağacların bir daha yaşıllaşmaq ehtimalı yoxdur. Amma başqa yerlərdə qurumuş ağaclar var ki, onları çıxarmaqla, başqa yerə köçürməklə qayğılanan yoxdur. Bir sözlə, qurumuş qala-qala, yaş ağacları kəsirlər. Həmçinin qeyd edirlər ki, 2022-ci ilin dekabr ayının ortalarından başlayaraq sözügedən ərazidə “yaşıl soyqırıma” rəvac verən şirkətin təmsilçiləri etiraz edən sakinləri Prezidentin mühafizə xidmətinin rəisi ilə qorxudurlar. Qeydə alınmış video-görüntülərdən bəlli olur ki, binaların birinci mərtəbəsinin həyətində sakinlərin çəpərləyib qulluq etdikləri kiçik bağçalar traktorla qaşınıb məhv edilir. Belə faktlar hətta insidentə səbəb olub, narazılığını bildirən qadın sakin mübahisə zamanı itələnərək yıxılıb, başı bardürə dəyərək xəsarət alıb, işə polis qarışıb. Artıq köçmüş sakinlərin boş evlərini bilərəkdən zir-zibillə, daş – kəsək, mismarlı taxtalarla doldururlar ki, qalan sakinlər də bezsinlər, şirkətin diktə elədiyi şərtlərə boyun əyib çıxsınlar. Bloklardan məhəccərləri söküblər, uşaqların pilləkənlərdən yıxılmaq təhlükəsi böyükdür.
Əvvəllər də qeyd etdiyimiz kimi, əlimizdə foto və video çəkilişlərlə qeydə aldığımız yetərincə faktlar vardır ki, paytaxtda külək nəticəsində əyilən, aşacağı gözlənən xeyli sayda təhlükə törədən ağaclar mövcuddur. Sakinlər şikayət etsələr də, nədənsə nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə Birliyin yeni sədri (sabiq direktorun 70 yaşlı müavini) Mirdamət Seyidov, nə də Birliyin Bitki Mühafizəsi Şöbəsinin müdiri Şaiq Vəliyev həmin ağacları zərərsizləşdirməkdə maraqlı görünmürlər. Amma müşahidə etmək asandır ki, Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan “centlmen sövdələşməsi” aparılan adamlara satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış.
Mövzuya qayıdacağıq.
Azerinfotv.com








Geri qayıt