Ermənistan hökuməti Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı mesaj yayıb.
Yeniavaz.com xəbər verir ki, Baş naziri Ermənistan Milli Assambleyasının sədr müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.
Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Nikol Paşinyanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.
Baş nazir Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.