Əsas Səhifə > Hadisə > morqa çevrilir: ölümlərin statistikası, şikayətlər...
morqa çevrilir: ölümlərin statistikası, şikayətlər...12-06-2023, 11:26 |
Bakıda “Medera” Hospitalı artıq morqa çevrilməkdədir. Klinika ölüm işləri, səhlənkarlıq üzrə ad çıxarmaqdadır. Belə ki, tibb mərkəzi qəssabxana təsiri bağışlamaqdadır. Sonuncu belə qurban elə hospitalın öz işçisi oldu. Plastik əməliyyat etdirən qadın vəfat edib. Anaxeber.info məlumat verir ki, bu haqda mətbuatda xəbərlər yayılıb. “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib. Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib. Lakin bu ilk belə hadisə deyil. MedEra Hospital”ında bu cür müəmmalı ölüm halları birinci hal deyil. 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər sirrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olmuşdu. Daha sonra qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib. Bundan əlavə, 2017-ci ildə də ölüm baş verib. 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu sözügedən klinikada dünyasını dəyişib. 2019-cu ildə isə Türkiyə vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Çakır Əcəmi Naxçıvani küçəsində yerləşən “Medera Hospital”da qəfildən ölüb. P.S. "AzerTaym.az" olaraq yazıda adı keçən bütün tərəflərin, o cümlədən klinika rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |