Əsas Səhifə > Hadisə > "Laçın" postunun körpüsünə beton bloklar qoyuldu

"Laçın" postunun körpüsünə beton bloklar qoyuldu


23-06-2023, 20:48

Azərbaycan sərhədçiləri Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığındakı körpünün üzərinə beton bloklar quraşdırıblar.

Ölkə.Az xəbər verir ki, Ermənistan mediası sülhməramlıların ərzaq və yanacağı Ağdamdan ala biləcəyini yazır.

Bundan əlavə "Hraparak" nəşri də rəsmi Bakının haqlı addımları ilə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına təkan verəcəyini yazır.

Bəzi məlumatlara görə, Laçın körpüsünün sökülməsi məsələsinə də baxılır. Bu isə hələ təsdiqini tapmayıb.


Geri qayıt