Əsas Səhifə > Hadisə > Qazaxda çay daşdı, park və xəstəxana su altında qaldı, FHN

Qazaxda çay daşdı, park və xəstəxana su altında qaldı, FHN


23-06-2023, 20:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qazax rayonu ərazisində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-dən Oxu.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.

Hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.


Geri qayıt