Əsas Səhifə > Hadisə > Prokurorluqdan “Medera”dakı ölümlə bağlı

Prokurorluqdan “Medera”dakı ölümlə bağlı


3-07-2023, 17:16

“Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında məlumat yaymışdıq.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli Axar.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma davam edir.

“Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Hazırda tibbi ekspertizanın cavabı gözlənilir. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - o deyib.

Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. O, 5 iyunda dünyasını dəyişib.


Geri qayıt