Əsas Səhifə > Hadisə > Qazaxda səhiyyə sistemi iflic durumda - İTTİHAM
Qazaxda səhiyyə sistemi iflic durumda - İTTİHAM12-07-2023, 18:54 |
Qazax Mərkəzi Rayon Xəstəxanasının stomotoloji şöbəsində çalışanlar, bu gün də özləri üçün “qaz vurub qazan doldurmaqla” məşğul olurlar. Yəni, “burda mənəm Bağdadda kor xəlifə” zərb- məsəli, deyəsən bu ünvanda lap yerinə düşür. Məsələn, gundemxeber.az-a Rəşad Əlisgəndərov adlı şəxs müraciət edərək bildirir ki, “Qazax MRX-ı dövlət səhiyyə müəssisəsi olsa da, burada hər kəs öz bildiyi kimi hərəkət edir. Yəni, ötən günlərin birində kəskin diş ağrısı səbəbindən yaxın qohumum ilə birlikdə Qazax MRX-nın stomotoloji şöbəsinə müraciət edik. Saat təqribən 18:00 radələri olardı, şöbənin qadın həkimləri iş otaqlarında xəstə qəbul edib işləyirdilər. Yaxınlaşıb onlara yaxın qohumumun kəskin diş ağrısı olduğunu və buna görə köməklik göstərilməsinin lazım olduğunu bildirdim. Qeyd edim ki, həmin vaxt diş həkimi iki nəfər qadın idi. Onlar bizə “Biz diş çəkmirik” deyərək, sanki bizi başlarından etmək istədilər. O halda onlara, siz bu şöbədə nə işlə məşğul olursunuz deyə sual etdim. Qadın həkimlərdən biri “Biz bura “zakaz”a gəlmişik” dedi və “sən mənim vaxtımı alma” deyib məni acıladı. Daha sonra o, “siz dəlisiniz, dəlixana Qazaxın o biri başındadır, gedin ora müraciət edin” dedi və bu yolla bizi təhqir etməkdən də çəkinmədi. Heç cür başa düşə bilmədik ki, həmin həkim belə bir ixtiyarı, belə bir arxayınçılığı kimdən və hardan alıb? Görəsən gecə-gündüz Qazax MRX-nın stomotoloji şöbəsində şəxsi ciblərinə işləyən həmin həkimlər, heç olmazsa səhiyyə naziri cənab Teymur Mustafayevi unudublarmı ki, onlar belə bir formada danışırlar?” Yazıda adıçəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
Geri qayıt |