Əsas Səhifə > Hadisə > Jurnalist Arayikin Xankəndidəki kreslosunda

Jurnalist Arayikin Xankəndidəki kreslosunda


16-10-2023, 11:33

Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi

Qarabağdan qovulmuş separatçıların keçmiş “lideri”, hazırda Bakıda istintaq təcridxanasında saxlanılan Arayik Arutyunyanın bir zamanlar Xankəndidə istifadə etdiyi iş otağından görüntülər yayılıb. 

 AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki,  Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar. 

Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Yenisabah.az


Geri qayıt