Əsas Səhifə > Hadisə > Azərbaycanda tanınmış müğənninin anası FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanda tanınmış müğənninin anası FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ


2-01-2024, 23:33

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.

 AzerTaym.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.

 


Geri qayıt