Xankəndi şəhərində Qarabağ cəlladlarından biri “Bekor” ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.
"AzerTaym.az" xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə günahsız azərbaycanlıların qanını tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi. Terrorçunun özü 1992-ci ilin avqustunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.