Əsas Səhifə > Hadisə > Bu gün həlak olan 3 polislə vida mərasimi keçirilir
Bu gün həlak olan 3 polislə vida mərasimi keçirilir24-06-2024, 13:13 |
Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərən 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. AzerTaym.az-ın məlumatına görə, silahlı insidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir. Geri qayıt |