Əsas Səhifə > Hadisə > Üç polisi qətlə yetirən cinayətkar Əmlak Komitəsinin məmuru
Üç polisi qətlə yetirən cinayətkar Əmlak Komitəsinin məmuru8-07-2024, 13:32 |
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib. Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub? Aprel ayında Bakı sakini Abbas Dadaşov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçi olduğunu bildirib. Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan külli miqdarda pul alıblar. T.Şahbazov şikayətçini Rövşən Allahverdiyevlə birgə aldadıb. Abbas Dadaşovun sözlərinə görə, ondan üst-üstə 236 min manat pul alıblar. Qeyd edək ki, R.Şahbazovun adı son günlər qətllə bağlı məhkəmə işində qətlin sifarişçisi kimi hallanıb. Bu barədə mediada geniş məlumat verilib. Bununla bağlı cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna danışıb: “O, mənə bildirdi ki, mənim Əmlak Komitəsində tanıdığım şəxs var və bunu çox asanlıqla həll edə bilərəm. Bildirdi ki, bu barədə həmin məsələni həll edəsi şəxslə danışıb səninlə görüşüb, ümumi bir razılığa gələrik. Bir neçə gündən sonra Teymurla görüşdük və o, mənə bildirdi ki, danışmışam 180 min manata torpaq məsələsi həll olunacaq. Mən ondan bu işi kiminlə həll edəcəyini soruşdum. Bildirdi ki, qardaşı Şahbazov Rüstəm uzun müddətdir ki, Əmlak Məsələləri Dövlər Xidmətində müavin vəzifəsində işləyir. Bütün məsələləri Rüstəm həll edir. Dedi ki, arxayın olun, məsələ 100 faiz həll olunacaq. Teymurun söhbətinə mən tam inandım və ona hissə-hissə 236000 manat pul verdim”.
Geri qayıt |