Əsas Səhifə > Hadisə > Qubaya sel gəldi, körpü uçdu
Qubaya sel gəldi, körpü uçdu16-04-2025, 21:32 |
Respublika ərazisində davam edən yağıntılı hava şəraiti rayonlarda da fəsadsız ötüşməyib. AzerTaym.az-ın məlumatına görə, güclü yağışlardan sonra Quba rayonunun Çayqışlaq kəndinə sel gəlib. Güclü sel kəndi ikiyə ayıran körpünü uçurub. Təbii fəlakət nəticəsində bağlara, əkin sahələrinə ciddi ziyan dəyib.
Geri qayıt |