Əsas Səhifə > Hadisə > Ödənişli yolda avtomobil suyun altında qaldı

Ödənişli yolda avtomobil suyun altında qaldı


17-04-2025, 22:38

Ödənişli yolda avtomobil suyun altında qaldı

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn güclü sel kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu kilometrində yolun hərəkət hissəsinə dolub.
Oxu.Az xəbər verir ki, həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, güclü yağışın yolda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə operativ qərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

 


Geri qayıt