
Kolbasa və sosislərlə bağlı xoşagəlməz hallara tez-tez rast gəlinir. Bu dəfə də vətəndaş iddia edir ki, mağazadan aldığı kolbasa zay çıxıb.
Vətəndaşın sözlərinə görə, “Hacı Turqay” markasına məxsus kolbasanı iri marketdən alıb. Kolbasanı kəsəndən sonra içindən rəngli maddə çıxıb. Məsələ ilə bağlı şirkətdən bildirildi ki, məhsulun üzərində rəng olan hissənin yalnız fotosu var, digər hissədə isə yoxdur. “Şəkil əsasında rəy vermək düzgün deyil.
Mövzu ilə bağlı AQTA-dan bildirildi ki, bu kimi hallarda dərhal agentliyin 1003 qaynar xəttinə müraciət eləsinlər. Fakt araşdırılacaq.
Hacı Turqay – Halal Ət Məhsulları şirkətindən məsələ ilə baölı heç bir açıqlama almaq mümkün olmadı.(milli.az)
Onların mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt
|