Əsas Səhifə > Hadisə > Nura Suridən ŞOK REAKSİYA: “Direktorun rüşvət istədiyini
Nura Suridən ŞOK REAKSİYA: “Direktorun rüşvət istədiyini9-05-2025, 20:18 |
Tanınmış müğənni Nura Suri bu dəfə təhsil sektorunda yayılan səs yazısına görə qəzəblənib. Musavat.com bildirir ki, müğənni bu dəfə rüşvət iddiaları ilə gündəmə gələn məktəb direktorunu müdafiə edib. Belə ki, Nura Suri sosial şəbəkələrdə yayılan və Bakıdakı 207 nömrəli məktəbin direktoru Yaqut Müseyiblini rüşvət istəməkdə ittiham edən səs yazısına sərt reaksiya verib. "Birincisi, səs yazmaq və yaymaq qanun pozuntusudur. Bu məsələdə direktor polisə və məhkəməyə müraciət etməli, bu səsi yazıb yayan şəxsin qanunla cəzalandırılmasını tələb etməlidir. Oğlum bu il özəl məktəbi bitirir və bizim valideyn qrupumuz var. Bu il son zəng möhtəşəm bir məkanda keçiriləcək. Təşkilatçı da valideynlərdən biridir. Özümüz pul yığıb möhtəşəm bir gecə təşkil edirik. Məktəbin heç bir aidiyyatı yoxdur. Məktəb ayrıca, başqa bir gün və məktəbin həyətində öz son zəng tədbirini keçirəcək. Valideynlərin və tələbələrin belə bir möhtəşəm tədbir keçirmək qərarı tamamilə öz seçimidir və buna məktəb direktoru qarışmır. Rəqs üçün xoreoqraf tutmuşuq və iki aydır məşqlər gedir. Foto, video, dekor, müğənnilər və sairə üçün də hazırlıqlarımız var. Yəni demək istədiyim odur ki, fikirlərinizi bildirmədən əvvəl sona qədər dinləyin. Görəcəksiniz ki, direktor rüşvət istəmir. Bu situasiyanı ictimailəşdirmək isə qanun pozuntusudur, cinayətdir". Xatırladaq ki, sosial şəbəkələrdə Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İdialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir. Geri qayıt |