Əsas Səhifə > Hadisə > SABAH HAVA
SABAH HAVA3-02-2016, 13:10 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtaym.az-a verilən məlumata görə, səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 4-6, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq. Fevralın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta olacaq.Yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. Geri qayıt |