Əsas Səhifə > İdman > Türk futbolunda FETÖ əməliyyatı:
Türk futbolunda FETÖ əməliyyatı:30-07-2016, 15:10 |
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra “Fəthullahçı Terror Təşkilatı”na (FETÖ) qarşı başlanan əməliyyatlar Türkiyə Futbol Federasiyasına (TFF) da keçib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, TFF-nin idarəçiləri başda olmaqla, futbol üzrə milli komandanın baş məşqçisi Fateh Terimin qrupu və Hakimlər Komitəsinin əməkdaşlarının araşdırılmasına başlanılıb. “Hazırda bütün dövlət təşkilatları FETÖ-ya yaxın şəxslərdən təmizlənir. İndi hakimlər də araşdırılır. Hazırda 7-8 şübhəlinin olduğu deyilir”, - Hakimlər Komitəsindəki mənbə deyib. Geri qayıt |