Əsas Səhifə > İdman > "MEDALI HEÇ KIMƏ VERƏN DEYILƏM" -
"MEDALI HEÇ KIMƏ VERƏN DEYILƏM" -18-11-2016, 10:39 |
Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb. AzerTaym.az Qaynarinfo.Az-a istinadən verdiyi xəbərə görə,sayt bu məsələ ilə bağlı Vitali Rəhimovun özü ilə əlaqə saxlayıb. Vergilər Nazirliyində kapitan olan Rəhimov buna inanmaq istəmədiyini bildirib: "Məlumatdan xəbərim var. Ancaq avqustda sizə verdiyim müsahibədə də demişdim ki, qanımda dopinq tapılsaydı, elə Pekində tapılardı. İndi isə dopinqin izləri tapılıb. Baş aça bilmirəm. 19 ildir ki, idmanla məşğul olmuşam. İlk dəfə görürəm ki, 8 ildən sonra məsələni qaldırıb aktuallaşdırırlar. Məni sabaha Milli Olimpiya Komitəsinə çağırıblar. Gedim, görək, nə deyəcəklər?" Geri qayıt |