Əsas Səhifə > İdman > REYNALDOdan Azərbaycana VİDA
REYNALDOdan Azərbaycana VİDA26-01-2017, 19:53 |
Qol.az-ın xəbərinə görə, braziliyalı hücumçu sosial şəbəkədə Azərbaycan dilində paylaşıb edib. O, “Qarabağ”, azarkeşləri və Azərbaycan xalqı ilə vidalaşıb. “Burdan bütün Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məşqçi heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər bir kəsə və bütün “Qarabağ” azarkeşlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq doğrudan da çətindi. Buna baxmayaraq, çox yaxşı təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm, hər zaman ürəyimdə olacaqsız! Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam!” Qeyd edək ki, bugünlərdə Reynaldonun “Adanaspor”la müqavilə imzalayacağı gözlənilir. Geri qayıt |