Əsas Səhifə > İdman > “Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz

“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz


16-10-2017, 15:47

Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.

 

Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:

“Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.

 

 “Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq

 

Qeyd edək ki, sentyabrın 27-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”–“Roma” görüşünü izləyən biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ödənişsiz həyata keçirilmişdi. 

 


Geri qayıt