Əsas Səhifə > İdman > Güləşçilərimiz
Güləşçilərimiz31-10-2017, 14:08 |
Dağıstanın Buynaksk rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə 14-cü beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından BakuPost.az-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 2 qızıl medala sahib olub.
Murtuz Müslümov (74 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olub.
Geri qayıt |