Əsas Səhifə > İdman > Türkiyənin əfsanəvi ATLETİ
Türkiyənin əfsanəvi ATLETİ18-11-2017, 16:49 |
Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu vəfat edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olimpiya və dünya çempionu bu gün 50 yaşında xəstəxanada dünyasını dəyişib. O, qaraciyər transplantasiyasının ardından Ataşehir Memorial Xəstəxanasının reanimasiyasına yerləşdirilmişdi. Naim Süleymanoğlu 3 dəfə Olimpiya çempionu, 7 dəfə dünya çempionu, 2 dədə Avropa çempionudur. O, dünyanın idman tarixinə ilk üçqat Olimpiya çempionu olan ağır atlet kimi düşüb. Geri qayıt |