Əsas Səhifə > İdman > MESSİ 1:6 hesabı məğlubiyyətə görə komanda

MESSİ 1:6 hesabı məğlubiyyətə görə komanda


31-03-2018, 14:36

Messi 1:6 hesabı məğlubiyyətə görə komanda yoldaşlarına nə deyib?

Argentinanın yoxlama matçında İspaniyaya 1:6 hesablı məğlubiyyəti geniş müzakirə mövzusu oldu.

“AzerTaym” xəbər verir ki, matçı tribunadan izləyən Argentina millisinin kapitanı Lionel Messi 6-cı qoldan sonra oyunu yarımçıq tərk edərək getmişdi. Lakin Messi paltardəyişmə otağında komanda yoldaşlarıyla pozitiv söhbət edib və onlara dəstək olub.
 
İspaniya mətbuatına danışan, lakin adını açıqlamayan argentinalı futbolçu Messinin əsl lider olduğunu vurğulayıb: “Messinin paltardəyişmə otağında nələr dediyini söyləməyəcəm. Amma həqiqtən də bizə dəstək oldu. Sözün düzü, belə dəstəyə ehtiyacımız var idi. Leo əsl liderdir. Buna görə də kapitanımızdır”.


Geri qayıt