Əsas Səhifə > İdman > "KEŞLƏ"nin PREZİDENTİ hakimlərə

"KEŞLƏ"nin PREZİDENTİ hakimlərə


17-12-2018, 06:23

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra "Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.
Matçdan sonra paytaxt klubunun prezidenti Zaur Axundovla qapıçısı Kamran Ağayev hakimlər otağına daxil olublar. Halbuki, onların buna ixtiyarı yoxdur. 
Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə keçiriləcək növbəti iclasında "Keşlə” bu hadisəyə görə cəzalanacaq.
"Qarabağ”ın 1:0 hesabıyla qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib. (futbolinfo.az)

Geri qayıt