Əsas Səhifə > İdman > FİFA 2012-nin ən yaxşı qapıçılarını seçdi

FİFA 2012-nin ən yaxşı qapıçılarını seçdi


21-11-2012, 01:18
Siyahıya 5 qolkiperin adı daxil edilib
FİFA 2012-nin ən yaxşı qapıçılarını seçdi

Dünyanın ən yaxşı qapıçıları müəyyən edilib. Сiyahını FİFA Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Asossiyası (FİFPro) ilə birgə tərtib edib.
Beynəlxalq Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, siyahıya 5 qapıçının adı daxil edilib.
Canluici Buffon (İtaliya, "Yuventus")
İker Kasilyas (İspaniya, "Real")
Petr Çex (Çexiya, "Çelsi")
Co Hart (İngiltərə, "Mançester Siti")
Manuel Noyer (Almaniya, "Bavariya")
Futbolçulardan ibarət 2012-ci ilin simvolik komandası isə noyabrın 29-da elan ediləcək. Qaliblər 2013-cü ildə yanvarın 7-də Sürixdə keçiriləcək "Qızıl top" mükafatının təqdimetməsi zamanı mükafatlandırılacaqlar.

Geri qayıt