Əsas Səhifə > İdman > Qazilərimizi görən türk azarkeşlərin coşqulu reaksiyası

Qazilərimizi görən türk azarkeşlərin coşqulu reaksiyası


20-06-2021, 23:55

Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-İsveçrə matçından sonra maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, stadionu tərk edən Vətən müharibəsi qazilərini görən türk azarkeşlər onları böyük coşqu ilə salamlayıb.

Daha sonra türk azarkeşlər “Qarabağ...”, qazilərimiz isə “Bizimdir!” deyə qışqırıblar.

Qeyd edək ki, sözügedən matç İsveçrənin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 


Geri qayıt