Əsas Səhifə > İdman > Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni darmadağın edərək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni darmadağın edərək


8-05-2023, 22:23

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
"Report"un məlumatına görə, bağlanış oyununda "Qrabağ" "Qəbələ"ni qəbul edib. "Azersun Arena"da keçirilən görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıblar - 3:0.
Ad - 00:17
Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.
Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayan "köhlən atlar" növbəti oyunda "Səbail"ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan "Qəbələ" isə 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" Qəbələdə "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0, "Turan Tovuz" evdə "Neftçi"ni 4:0, "Səbail" isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.

Geri qayıt