Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ” ilə
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ” ilə4-12-2023, 10:21 |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura bu gün yekun vurulacaq. Yenisabah.az xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq. Görüşü Tural Qurbanov idarə edəcək. "Köhlən atlar" 29 xalla liderdir. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası XV tur Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika Stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb. Geri qayıt |