Əsas Səhifə > İqtisadiyyat > “NBC Bank”dan

“NBC Bank”dan


9-08-2016, 17:57

bitmap-img6

Bank kredit borcunu ödəyə bilməyən müştəriləri polisə verib. “NBCBank” kredit ödənişini gecikdirən müştərilərlə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib

 

 
Bu barədə “Antikollektor”un rəhbəri, hüquqşünas Əkrəm Həsənov Qaynarinfo.Az saytına məlumat verib. 
Hüquqşünas bildirib ki, yaxın mənbələrə görə, artıq kredit borclarını ödəyə bilməyən müştərilər polis idarələrinə çağırılır.
Əkrəm Həsənov onu da qeyd etdi ki, kredit borclarına görə bank polis idarəsinə deyil, məhkəməyə müraciət etməlidir: “İlkin olaraq, adı çəkilən bank məhkəməyə müraciət etməlidir. Məhkəmənin qərarı nə olursa-olsun, heç bir halda kredit borcu olan şəxslər barədə polisə şikayət etmək hüquqi baxımdan doğru deyil.”
Məsələ ilə bağlı “NBCBank”la əlaqə saxladıq. Bankın nümayəndəsi Leyla Dərgahova bildirdi ki, bu yalnış xəbərdir: “Kredit borcu olan şəxslərlə bağlı lazımı tədbirlər görülür.”
Onu da qeyd edək ki, “NBCBank”ın problemli kreditlərlə bağlı polisə mürəciət etməsi xəbəri son iki gün ərzində müxtəlif mənbələrdən saytımıza daxil olub. Məsələni diqqətdə saxlayacağıq.
Yenicag.az-a daxil olan məlumatda isə bildirilir ki, bank təxminən iki mindən çox müştərisini polisə şikayət edib. Bu borclular arasında 100 manat borcu qalanlar belə var. Məhkəməyə deyil, məhz polisə üz tutaraq, hüquqa qarşı münasibətini sərgiləyən “NBC Bank” rəhbərliyinin bunu bağlı olduğu “NURGÜN HOLDİNG”in prezidenti Nuru Əhmədovun təlimatı ilə atdığı ehtimal olunur. Belə ki, müştərilərinin bir çoxu iş adamı olan bank gecikməsi olan həmin insanların ölkədən çıxışlarına da qadağa qoydurub. Bu barədə qanunsuz əmrlə bağlı bank rəhbərliyinin verdiyi məktub da redaksiyamıza təqdim olunub.
Araşdırmalarımız davam etdiyindən həmin məktubu növbəti yazılarımızda açıqlayacağıq. Lakin bank müştəriləri bildirirlər ki, “NBC Bank”ın “lazımi tədbir”i heç də məhkəməyə müraciət deyil. Vaxtilə, AXCP sədri Əli Kərimlinin sürdüyü maşının markasının distürbutoru olan “NURGÜN HOLDİNG”in şefi Nuru Əliyevin Elçibəy dönəmində necə sıravi məmurluqdan “milli burjuaziya”ya çevrilməsindən monopolistə çevrilməsinə qədər bütün detayları bizdən oxuyacaqsınız…
Qeyd: 21 min kredit ödəmiş müştərisini 285 manata görə, məhkəmə qərarı olmadan, xəbərdarlıq etmədən sırf qanunsuz yolla ölkədən çıxışına qadağa qoyan və on minlərlə manat zərbə vuran “NBC Bank”dan şikayətçi olanların hamısını [email protected] elektron ünvanına problemlərini yazması xahiş olunur.
AzerTaym.az

Geri qayıt