Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda

Azərbaycanda


7-09-2016, 10:40

Azərbaycan Mərkəzi Bankı (AMB) metal pul nişanlarının məhv edilməsi sisteminin satın alınması ilə əlaqədar tender keçirir.

Bankın yaydığı xəbərdə bildirilir ki, iddiaçılar tender təklifini və onun bank təminatını oktyabrın 21-nə qədər, tələb olunan digər sənədləri isə oktyabrın 13-dək AMB-yə təqdim etməlidirlər. Tenderdə iştirak haqqı kimi qurumun hesabına 1 000 manat köçürülməlidir.

Tender proseduru oktyabrın 24-ü saat 15:00-da AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında keçiriləcək. (qafqazinfo)


Geri qayıt