Əsas Səhifə > İqtisadiyyat > “Akkord”un dövlətə milyonlarla
“Akkord”un dövlətə milyonlarla1-11-2016, 17:10 |
Vergilər nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısını genişləndirib. Ötən il qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var. Şirkətdən deyiblər ki, borc əmlak vergisi üzrə yaranıb və hissə-hissə ödənilməkdədir. «Property İnvestments» MMC-nin mülkiyyətində ümumi sahəsi 1033 avtomobillik yeraltı dayanacaq, 323 qeyri-yaşayış və 213 anbar sahəsı var. «Akkord» korporasiyasının Bakıda tikdiyi 9 yaşayış kompleksindəki 77 min kvadratmetrlik əmlakı bu şirkət idarə edir. Həmin əmlaklar icarəyə verilməkdədir. Bir müddət öncə Vergilər Nazirliyinin «qara siyahısı»nda korporasiyanın başqa bir müəssisəsi – «Akkord Beton» MMC də vardı. Bir ay ərzində şirkət borcun (448 min 636 manat) əsas hissəsini ödəyib. Hazırda borc 158 min 386 manatadək azalıb. Bu şirkətin direktoru Uğur Babayevin ölkədən çıxmasına qoyulan qadağa isə Yasamal rayon məhkəməsinin qərarı ilə götürülüb. «Akkord Beton» MMC-nin özünə gəlincə, bu qurum, «HGC Group» MMC-yə (Qazax sement zavoduna) qoşulub. Borcu 2 milyona çatır, amma sərbəst gəzir Vergilər nazirliyi korporasiyanın və onun bir çox törəmə şirkətinin vergi borcunun olmadığını bildirir.
Geri qayıt |