Əsas Səhifə > İqtisadiyyat > “Azərbaycan iqtisadiyyatı növbəti iki ildə artacaq” –
“Azərbaycan iqtisadiyyatı növbəti iki ildə artacaq” –16-12-2016, 10:33 |
Azərbaycanın “Ba1″ səviyyəsində olan suveren reytinqinə neqativ proqnozun verilməsi iqtisadi artım üçün bəzi risklərin olmasını özündə ehtiva edir. “APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir. Mütəxəssislər hesab edir ki, iqtisadi artıma risk yaradan amillər manatın dəyərdən düşməsi, inflyasiyanın yüksək həddə olması, bank sektorunun zəifləməsidir. “Bu amillər investisiyalar üçün perspektivləri azaldır”, – deyə agentlik qeyd edir. Bununla yanaşı, agentlik bildirir ki, dövlət büdcəsinə kifayət qədər gəlir gətirən karbohidrogen ehtiyatlarının olması reytinqə müsbət təsir edir. Bundan başqa, ekspertlərin sözlərinə görə, dövlət borcu artsa da, aşağı həddə qorunub. “Moody`s”in proqnozuna əsasən, cari ötən il 1,1% artan Azərbaycan iqtisadiyyatı cari ildə 3,3%-lik azalma ilə üzləşəcək. Buna səbəb ixracın və investisiyaların həcminin azalmasıdır. Bununla yanaşı, “Moody ‘s” gələn il Azərbaycan ümumdaxili məhsul istehsalının (ÜDM) 1,1% artacağını proqnozlaşdırır.
Geri qayıt |