Əsas Səhifə > İqtisadiyyat > Təkrar bazarda yeni tikili mənzillərin qiymətində
Təkrar bazarda yeni tikili mənzillərin qiymətində6-03-2017, 14:45 |
|||||||||||||||||||||||||||||||||||||||
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində 2017-ci ilin yanvar ayında təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,50% qalxıb. Qurumdan bildirilib ki, təkrar bazarda yeni tikili mənzillərin qiymət dəyişməsi aşağıdakı kimi olub: Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında bu, 23,86% idi. Beləliklə, bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Bu da 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi. Keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kredit”lə təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır – 1,2%”, – deyə qurumun apardığı monitorinqlər nəticəsində məlum olub. Bakı şəhəri rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:
Geri qayıt |