Əsas Səhifə > İqtisadiyyat > "RAYON qeydiyyatda olanlar da sosial mənzil üçün
"RAYON qeydiyyatda olanlar da sosial mənzil üçün14-04-2017, 17:20 |
"Son günlər həm sosial şəbəkədə ünvanlanan mesajlarda, həm də digər formada müraciətlərdə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması soruşulur. Bildirmək istərdim ki, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər". Bu barədə Sherg.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə o zaman burada heç bir məhdudiyyət olmayacaq:
"Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq Bakıda inşa edilən mənzillərə müraciət edə bilər. Xatırladım ki, müraciətlər gələn ayın 1-dən başlayır".
Geri qayıt |