Əsas Səhifə > İqtisadiyyat, Slayd > Neftin qiyməti 50 dollara enəcək - Şok səbəb

Neftin qiyməti 50 dollara enəcək - Şok səbəb


8-10-2014, 23:16
Neftin qiyməti 50 dollara enəcək - Şok səbəbSəudiyyə Ərəbistanının Neft Siyasətləri və Strateji Proqnozlar Mərkəzinin rəhbəri Rəşid Abanm bir neçə aya Asiya və Şimali Amerikaya satdığı neftin qiymətini 50-60 dollaradək endirəcəyini deyib.
O, son üç ayda bareli 115 dollardan 92 dollara enən xam neftin qiymətinin yaxın aylarda daha da aşağı düşəcəyini, bunu Rusiya və İrana təzyiq vasitəsi olaraq məqsədli şəkildə etdiklərini vurğulayıb.

Analitik.az xarici mətbata itinadən bildirir ki, Rəşid Abanm İranın, Səudiyyə Ərəbistanının Asiya bazarlarında nefti ucuz satdığına dair itihamlarını qəbul etdiklərini deyib: "Şimali Amerikaya ixrac edilən neftin qiymətində də biz endirim etmişik. Neftin qiymətini endirməkdə məqsədimiz müştərilərimizi itirməmək və yeni müştərilər qazanmaqdır. Amma əsasən bu qərarımızın arxasında siyasi səbəblər durur. Gerçək səbəb Rusiya və İrana Suriya məsələsində təzyiq etməkdir. Bundan başqa, İranın nüvə layihəsi də bu qiymət endirimi qərarını reallaşdıran səbəblərdən biridir."

Rəşid Abanm onu da deyib ki, onların bu qərarına OPEK heç vaxt təsir edə bilməz: “Çünki OPEK-in qərarları tövsiyyə xarakterlidir.”

Xatırladaq ki, bu il mayın sonunda ABŞ Prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfərindən sonra müşahidəçilər Rusiyanın ən çox güvəndiyi neft amilinin təsirini azaltmaq üçün Qərbin hərəkətə keçdiyini açıqlamışdılar. Neftin qiymətinin aşağı düşəcəyi təqdirdə Rusiyanın valyuta ehtiyatlarında kəskin azalma ola bilər ki, bu da sanksiyalar qarşısında olan Rusiyaya ağır zərbədir.


Geri qayıt