Əsas Səhifə > İqtisadiyyat > FINDIQ zavodu da
FINDIQ zavodu da17-07-2017, 13:40 |
“Bakı Fındıq Emalı” müəssisəsi banka borcu olduğuna görə satışa çıxarılıb. Axar.az xəbər verir ki, müəssisənin Azərbaycan Beynəlxalq Bankına kredit borcu olub. Bu borca görə də müəssisəni bankın toksit aktivlərini idarə edən “Azərkredit” hərraca çıxarıb. Hərraca çıxarılan “Bakı Fındıq Emalı” müəssisəsinin ilkin satış qiyməti 37 milyon 744 min manatdır. Müəssisə Beynəlxalq Bankdan ümumilikdə 60 milyon manat kredit götürüb. Məlumata görə, müəssisənin Xaçmaz, Qusar, Oğuz, Qax, Zaqatala və Balakəndə 1681 hektar torpaq sahəsi, bölgələrdə 7 fındıq emalı sexi var.
Geri qayıt |