Əsas Səhifə > İqtisadiyyat, Slayd > BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyik
BP “Mərkəzi Azəri”də işi dayandırdı,360 milyon dollar itirəcəyik31-10-2014, 13:22 |
![]() Bu haqda “BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrel oktyabrın 30-da jurnalistlərə açıqlamasında bildirib. Q.Birrelin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna daxil olan “Mərkəzi Azəri” platformasında istismar müddətini başa vurmuş avadanlıqlar müasir avadanlıqlarla əvəz olunacaq və bu işlər təxminən bir ay çəkəcək. Qordon Birrel ![]() BP rəsmisi bildirib ki, oktyabrın 31-dən etibarən AÇG-dəki “Mərkəzi Azəri” platformasında texniki və profilaktik işlərə başlanılacaq. Profilaktika işləri başa çatandan sonra platforma ilkin mərhələdə noyabrın 27-də işə salınacaq. Platforma dekabrın 2-dən tam gücü ilə fəaliyyətə başlayacaq. “Hazırda platformadan gündə orta hesabla 160 min barrel neft hasil olunur. Aparılan profilaktik tədbirlərdən sonra hasilatın artması gözlənilir” - deyə Q.Birrel əlavə edib “Mərkəzi Azəri” platforması AÇG-dəki ən məhsuldar platformalardan hesab olunur. Bu platformada işlərin dayandırılması AÇG-də neft hasilatının hissediləcək səviyyədə aşağı düşməsinə səbəb olacaq. Belə ki, profilaktika işlərinin bir ay davam edəcəyi nəzərə alınarsa, o zaman konsorsium 5 milyon barrelə yaxın az neft hasil edəcək. Hasilatın pay bölgüsü müqaviləsinin şərtlərinə əsasən bu neftin 80 faizi, yəni 4 milyon barreli Azərbaycanın payına düşür. Neftin dünya bazarlarındakı indiki qiymətləri ilə hesabladıqda bu, Azərbaycan üçün 360 milyon dollar itki deməkdir. ![]() Geri qayıt |