Əsas Səhifə > İqtisadiyyat > Prezident yağın qiyməti ilə bağlı
Prezident yağın qiyməti ilə bağlı7-11-2017, 15:21 |
Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək. “AzerTaym” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib. "Bilirsiniz ki, Nazirlər Kabineti "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə azaldılıb. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı", - deyə qurum rəsmisi bildirib. Geri qayıt |