Əsas Səhifə > İqtisadiyyat, Slayd > Baş bankirdən inflyasiya
Baş bankirdən inflyasiya7-09-2018, 10:21 |
Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib. "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq", - Mərkəzi Bankın sədri qeyd edib. Geri qayıt |